IT Dəstək / HelpDesk
Biz kiçik şəbəkələrdən iri şəbəkələrədək müxtəlif miqyaslı şəbəkələrin tətbiqi, idarə edilməsi, mühafizəsi və dəstəklənməsi sahələrində təcrübəyə malikik.
Biz bunu nəzərimizdə tutmaqla, Sizin mövcud fəaliyyətlərinizə mümkün qədər mükəmməl şəkildə inteqrasiya olunmaq, eyni zamanda, Sizin istifadəçilərinizdə ilk başdan gözəl təəssürat yaratmaq üçün təkmilləşdirmələr tətbiq etmək imkanını kəşf etmək məqsədi güdürük.
Xidmətlərimizin əsas xüsusiyyətləri aşağıdaklardır:
• Müəssisələrə həftənin 7 günü 24 saat birbaşa dəstək
• Geniş şəkildə məsafədən dəstək və idarəetmə imkanları
• Xidmət Masasında fəaliyyət göstərən yüksək səriştəyə malik sertifikatlı mühəndislər
• Müəssisələr üçün İT Xidmətlərinin İdarə Edilməsi sistemi
• Biliklərin İdarə Edilməsi sahəsində dərin və geniş praktika
IT konsaltinq və Audit
İT sahəsində konsaltinq xidmətləri göstərən şirkət olaraq, biz peşəkar məsləhət xidmətlərimizlə yanaşı, müasir texnologiya təmin etməklə dəyərli müştərilərimizin sayını artırmağımızla qürur duyuruq. İT sənayesi sahəsində mütəxəssis olan məsləhətçilərimiz təxirəsalınmaz, eyni zamanda peşəkar məsləhətlər təmin etmək üçün səriştəli, bacarıqlı və təcrübəlidirlər. Onlar müştərilərin problemlərini və ya ehtiyaclarını dərindən anlayır və müvafiq məsələlərdə qiymətli məsələhətlərini verirlər. Bu məsləhətlər praktik və iqtisadi cəhətdən sərfəlidir.
Audit
Audit müştərilərin təşkilatlarında İT sistemlərinin effektivliyini nəzərdən keçirmək üçün formal şəkildə sənədləşdirilmiş prosesdir. Audit yoxlamasının nəticəsi müştərilərin öz İT sistemləri ilə öz tələbləri arasındakı mövcud və potensial boşluqları başa düşməsinə kömək edir. Audit yoxlamalarının xarakterindən asılı olaraq, auditi daxili audit və təchizatçıların auditi kimi qruplaşdırmaq olar. IT EXPRESS şirkəti auditlə işləmək sahəsində Sizin etibarlı biznes tərəfdaşınızdır. Audit yoxlamalarını həyata keçirməklə, IT EXPRESS şirkəti Sizin cari İT sistemlərinizdə mövcud olan boşluqlara dair məsləhət verə bilər.
Təchizatçıların auditi
IT EXPRESS müştərilərin adından Sizin təchizatçılarınızın audit yoxlamalarını həyata keçirə bilər. Audit yoxlamaları potensial çatışmazlıqları aşkar etməkdə və səmərəli təkmilləşdirmə imkanlarını araşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
Penetrasiya (Hücum) testi
İllərlə fəaliyyət göstərmiş şirkətlər bu günün biznes mühitində korporativ şəbəkələrin təhlükəsizliyinin pozulması ilə bağlı çoxsaylı hallarla rastlaşırlar.
Bu həmlələr korporativ şəbəkələrin təhlükəsizliyi və stabilliyi üçün təhlükə doğurur. Faktiki fəlakətin baş vermədən təhlükəsizliyin pozulmasına yönəlmiş həmlələrə reaksiya vəziyyətini yoxlamaq məsləhət görülür ki, bu da Filtrasiya Yoxlamasının əsasını təşkil edir. İT Express şirkəti bu tipli test yoxlaması üçün sınaqdan keçmiş yanaşma təklif edən etibarlı təchizatçıdır. Bu yoxlamalar layihə idarəçiliyi standartlarına və müvafiq sənaye sahəsində nümunəvi təcrübələrə əsaslanır.
Penetrasiya testi nədir?
İT Express bir qayda olaraq, penetrasiya testi zamanı korporativ şəbəkənin təhlükəsizliyinə xələl gətirən cəhdləri stimullaşdırmaq məqsədi güdür. Bununla, İT Express müəyyənləşdirilmiş risklərin doğurduğu potensial nəticələri anlaya bilər. İT Express tərəfindən həyata keçirilən Penetrasiya testinə korporativ şəbəkələr üçün xarici və daxili risklərin kompleks təhlili daxildir. Bu təhlil müştərilərin daxili və xarici haker həmlələrinə kritik həssaslıqları anlamasına kömək edir.
Şəbəkə kabelləşdirilməsi / Wifi Zona
IT EXPRESS şəbəkə kabelləşdirməsi sahəsində aparıcı xidmət təchizatçılarından biri kimi, IT EXPRESS istənilən iş yerinin şəbəkə problemlərini aradan qaldırmağa qadir olduğundan əmindir. IT EXPRESS kiçik şirkətlərdən iri istehsalat müəssisələrinədək planlaşdırılmış şəbəkə kabelləşdirməsi imkanlarına malikdir. Biz tez-tez Cat5e, Cat6 sistemlərindən və lifli optic sistemlərdən istifadə edirik. Lakin quraşdırılmasından asılı olmayaraq, sistemlərimizin hamısı ən son test avadanlığından istifadə edilməklə tam şəkildə yoxlanılır və sınaqdan çıxarılır.
Aşağıda bizdən həyata keçirməyimizin istənildiyi ən populyar planların seçimi verilmişdir:
• Tikinti zamanı yeni binaların tam şəkildə şəbəkələşdirilməsi
• Mövcud şəbəkələrə əlavə ərazilərin birləşdirilməsi
• Biznesin başqa yerə köçürülməsi üçün şəbəkələrin yerinin dəyişdirilməsi
• Giriş qatının kabellərinin uyğunlaşdırılması
• Mütəxəssislərlə əlaqə otaqlarının yaradılması
• Satış məntəqəsi və emalatxanalar üçün uyğun ayarların hazırlanması
• Dövriyyədən çıxarılmış miras şəbəkələrin yenilənməsi
Biometrik Sistemlər
IT EXPRESS şirkəti girişə nəzarət üzrə geniş çeşiddə rəqəmli sistemlər təchiz edir, onları uyğunlaşdırır və təmir edir. Bu sistemlər vahid mərkəzdən idarə edilmədən kompleks Bina İdarəçiliyinədək dəyişə bilər ki, bunların hamısı İP şəbəkəsindən keçir. Bu, Sizə öz tələbatlarınızı istər yerindəcə, istərsə də məsafədən olmaqla bir mərkəzi nöqtədən idarə etmək imkanı verir və eyni zamanda, Sizin sistemlərinizi inteqrasiya edir.
Aşağıda Girişlərə Nəzarət sisteminin təklif etməli olduğu faydaların müəyyən bir qismi sadalanmışdır:
• Siz binanıza kimlərin, haradan və nə vaxt daxil olmasına nəzarət edə bilərsiniz;
• İşçiləri, qonaqları, əmlakı və həssas informasiyanı qorumağa kömək edir;
• Siz hər hansı bir binanın müəyyən bölmələrinin təhlükəsizliyini qoruya bilərsiniz;
• İş cədvəllərinin saxlanması prosedurlarını azaldır;
• Ərazinin mərkəzləşdirilmiş idarəçiliyi üçün digər təhlükəsizlik sistemlərinə inteqrasiya edir.
Müşahidə Kameraları
Təhlükəsizliyə nəzarət xidmətləri Sizin təşkilatınıza ən vacib aktivlərinin müəyyən hissəsini qorumaqda kömək edə bilər. IT EXPRESS şirkətinin Təhlükəsizliyə Nəzarət Qrupu evlər və biznes müəssisələri üçün geniş çeşiddə mükəmməl xidmətlər göstərir. Biz müştərilərimizi peşəkar və diqqətlə hazırlanmış təhlükəsizlik imkanları ilə təmin edirik. Bizim Təhlükəsizliyə Nəzarət Qrupumuz müştərilərimizə qarşı törədilmiş cinayətlərə dair hər hansı dəlillərin toplanması üçün yerli dövlət orqanları ilə işləmək sahəsində çoxillik təcrübəyə malikdir.
Xidmətlərimizə daxildir:
• Audio müşahidə
• Müştərilərin müşahidəsi
• İşçilərin monitorinqi və ya müşahidəsi
• Vahid və çoxsaylı subyektlərin cəlb edilməsi
• Sürətli mobil reaksiya
• CCTV kamera müşahidəsi
• Səsə qarşı siqnalizasiya sistemi
• Sınmaya qarşı siqnalizasiya sistemi
• Yanğına qarşı siqnalizasiya sistemi
Web saytların yaradılması
Biz sifarişçilərimizin tələb və istəkləri əsasında, onların fəaliyyət sahələrinin əsas elementlərini nəzərə çarpdıran orijinal və yüksək zövqlü veb-saytların yaradılması üzrə tam xidmətlər kompleksini təklif edirik.
Dizaynerlərimizin peşəkarlığı, yüksək zövqləri və ağılasığmaz yaradıcılıq ambisiyaları müxtəlif növ layihələrin həyata keçirilməsinə imkan verir. Firma stillərinin yaradılması, loqotiplər, satış nişanları, peklam-poliqrafiya məhsullarının hazırlanması, korporativ və imic saytlarının yaradılması, arxitektura dizaynı, interyer dizaynı və illisturasiyaları fəaliyyətimizin əsasını təşkil edir.
Öz individuallığımızı qoruyaraq, sifarişçilərimizin fikirlərinə hörmətlə yanaşır, fəaliyyət sahələrini və tələblərini öyrənir, istəklərini həyata keçiririk. Müştərilərimizin zövqünü oxşayan müasir, rahat, funksional və nəfis veb-saytlar işləyib-hazırlayırıq.
Bizi hər zaman qeyri-adı, ağılasığmaz ideyalar cəlb edib. Taktikamiz yalnız irəli getməkdir, mürəkkəb layihələrin həlli bizim üçün daha maraqlı və cəlbedicidır.
IT Dəstək / HelpDesk
IT konsaltinq və Audit
Penetrasiya (Hücum) testi
Şəbəkə kabelləşdirilməsi
Biometrik Sistemlər
Kameralar / Siqnalizasiya
Saytların yaradılması
BlackWhite Studio